Pakistanın sabiq prezidenti Pervez Muşarrafa ölüm cəzası verildi
Pakistanın sabiq prezidenti Pervez Muşarrafa ölüm cəzası verildi

Pakistanın sabiq prezidenti Pervez Muşarrafa ölüm cəzası verildi.

Pakistan tarixində ilk dəfə, üç hakimdən ibarət olan, hakimlərin xüsusi kollegiyası ölkənin sabiq prezidenti ilə bağlı ölüm cəzası haqqında qərar verdi. Bu haqda məlumatı “Royter” agentliyi yayır.

Yayılan versiyaya görə, məhkəmə qərarı 2007-ci ildə, fövqəladə vəziyyətlə bağlı Muşarraf tərəfindən verilən qərara aiddir. Həmin dövrdə, o həmçinin, məhkəmə üzvlərinin həbs edilmələri ilə bağlı əmr verdi.

Pervez Muşarrafın özü isə, ölkədən qaçıb.