Kabildə partlayış nəticəsində həlak olanların sayı 48-ə çatdı
Kabildə partlayış nəticəsində həlak olanların sayı 48-ə çatdı

Kabildə partlayış nəticəsində həlak olanların sayı 48-ə çatdı. 112 nəfər yaralanıb.

İntiharçı terrorçu özünü səhər seçicilərin qeydiyyat məntəqəsinə yaxın partlatdı. Həlak olanlar arasında uşaq və qadınlar var. Baş verənlər üzrə məluyyəti artıq üzərinə “İslam Dövləti” götürdü.

Xatırladaq ki, elə bu gün ölkənin şimal şərqində yerləşən Baqlan rayonunda daha bir terror aktı baş verdi. Hədəf yenə də seçicilərin qeydiyyat məntəqəsi idi.