Əfqanıstanda ikinci partlayış baş verdi
Əfqanıstanda ikinci partlayış baş verdi

Əfqanıstanda ikinci partlayış baş verdi. 7 nəfər həlak oldu, 10 nəfər yaralandı. Bu dəfə partlayış ölkənin şimal şərqində yerləşən Baqlan rayonunda baş verdi. Hədəf yenə də seçicilərin qeydiyyat məntəqəsi idi.

Bir neçə saat bundan əvvəl qeydiyyat məntəqəsinə hücum Əfqanıstan paytaxtında da baş verdi. Kabildə hücum nəticəsində ən azı 31 insan həlak oldu, 57 yaralandı.

Onlar arasında uşaq və qadınlar var. Baş verənlər üzrə məsuliyyəti üzərinə hələlik götürən olmayıb. “Taliban” hərəkatı məlumat yaydı ki, hücumu hərəkatın üzvləri təşkil etməyiblər.