Kabildə baş verən hücuma məsuliyyəti üzərinə "İslam Dövləti" götürdü
Kabildə baş verən hücuma məsuliyyəti üzərinə "İslam Dövləti" götürdü

Kabildə, DİN binası yanında baş verən hücuma məsuliyyəti üzərinə “İslam Dövləti” götürdü, – bu barədə məlumatı Euronews yayır.

Əfqanıstanın paytaxtında növbəti terror aktı bu gün baş verdi. Avtomobilə quraşdırılmış partlayıcı qurğu DİN binasının əsas girişində işə düşdü və nəticədə hadisə yerində atəş səsi eşidildi.

Bir neçə saatdan sonra, ölkənin təhlükəsizlik qüvvələri nümayəndlələri duruma nəzarəti bərpa etdilər. Bir neçə radikalın məhvi barəsində məlumat yayılır. Məlum olduğu kimi, onlar hərbi forma geymişdilər.

Dəqiqləşdirilmiş məlumata görə, terror aktı zamanı bir hüuqumühafizəçi həlak oldu, beşi isə yaralandı.