Paata Kvijinadze  - İctimai Yayımçının və nazirliklərin maliyyələşdirilməsi qaydası eyni cür olmamalıdır
Paata Kvijinadze - İctimai Yayımçının və nazirliklərin maliyyələşdirilməsi qaydası eyni cür olmamalıdır

Parlament çoxluğunun üzvü, Paata Kvijinadzenin bəyanatına görə, Roman Qotsiridzenin qanunverici təşəbbüsünə müvafiq olaraq, nazirliklərin, həmçinin televiziyanın maliyyələşdirilməsi qaydası eyni cür olmalıdır.

“Baxmayaraq ki, çoxluğun üzvüyəm, deyəcəm ki, bu qayda televiziyanın hökumətə bağlı və asılı olmasını gətirib çıxaracaq. Əgər biz həqiqi və azad İctimai Yayımçını istəyiriksə, qanunlayihə bu məqsədə xidmət edə bilməyəcək”, – Kvijinadze bəyan etdi.

 

Parlamentin maliyyə-büdcə komitəsində müxalif deputat, Roman Qotsiridze tərəfindən hazırlanmış qanunlayihə dəstəklənmədi.