Paata Quraspauli - Basketbol Federasiyası istintaqla əməkdaşlıq edir ki, hər bir cinayətkar cəzalandırılsın
Paata Quraspauli - Basketbol Federasiyası istintaqla əməkdaşlıq edir ki, hər bir cinayətkar cəzalandırılsın

Gürcüstan Milli Basketbol Federasiyası, hüquqmühafizəçi orqanları tərəfindən gürcü basketbolu aləmi üçün qəbuledilməz hərəkətləri aşkar etməsi və qarşısını almasına görə bir daha minnətdarlığını bildirir, – bu barədə Basketbol Federasiyası prezidenti üzdəniraq sövdələşmiş oyunlar işi barəsində İcraçı Kommisiyasının iclası başa çatdıqdan snra bəyan etdi.

“Basketbol Federasiyası baş verən faktı birmənalı pisləyir və istintaqla əməkdaşlıq etməyə indi də gələcəkdə də hazırdır ki, vaxtında və tam olaraq qeyd olunan fakt araşdırılsın və qeyd olunan işlə əlaqəsi olan hər bir cinayətkar cəzalandırılsın.

Federasıyanın marağında olub və gələcəkdə də olacaqdır ki, Gürcüstan Basketbol aləminin adına xələl gətirən faktlar aşkar olunsun və qarşısı alınsın.

Cari mövsumun əvvəlində “FİBA”-nın zəmanəti ilə hakimlərin milli instruktoru gətirildi.

İcraçı Şura Federasiya nizamnaməsi və idman aləmində mövcud olan mənəvi və etika prinsiplərindən irəli gələrək basketbol aləminə qeyrietika və qanuna qarşı hərəkətlərlə heç bir zaman barıçmayacaq.

Bunların hamısından irəli gələrək, Gürcüstan Milli Basketbol Federasiyası İcraçı Şurası üquqmühafizəçi orqanları tərəfindən gürcü basketbolu aləmi üçün qəbuledilməz hərəkətləri aşkar etməsi və qarşısını almasına görə bir daha minnətdarlığını bildirir”, – Paata Quraspauli bəyan etdi.

 

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları, keçirilmiş əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində, qrup şəklində kommersiya rüşvət faktı üzrə beynəlxalq dərəcəli hakimləri – Zaza Maçaladze, İrakli Berişvili və David Berişvili və “Soxumi” basketbol klubunun məşqçisi Vaja Kvaratsxeliya və həmin klubun həmsahibi  – Temur Datikaşvilini yaxaladılar.

Şərh yaz