Gürcüstan Milli Basketbol Federasiyası - Tornike həmişə vətənini, milli yığma ləyaqətini müdafiə edirdi və edəcək
Gürcüstan Milli Basketbol Federasiyası - Tornike həmişə vətənini, milli yığma ləyaqətini müdafiə edirdi və edəcək

Gürcüstan Milli Basketbol Federasiyası Gürcüstan yığmasının kapitanı, Tornike Şenqelaiyanın “MOİK”-ə (Mərkəzi Ordu İdman Klubu) keçməsinə bəyanatla əks səda verdi.

“Gürcüstan Milli Basketbol Federasiyası Tornike Şenqelaiyanın “MOİK”-ə keçməsinə əks səda verir və əmindir ki, buna qədər olduğu kimi, baxmayaraq hansı klubun sıralarında idi, Tornike həmişə vətənini, milli yığma ləyaqətini və maraqlarını müdafiə edirdi və edəcək. Gürcüstan milli yığmasının kapitanı bizi öz uğurlu idman karyerası ilə dəfələrlə sevindirəcək və onun liderliyi ilə Gürcüstan milli yığması mütləq mühüm qələbəyə nail olacaq! Sənə uğurlar Tornike!”, – sosial şəbəkədə yayılan bəyanatda deyilir.

Xatırladaq ki, Tornike Şenqelaiya Moskvanın “MOİK” komandasına rəsmi olaraq bu gün keçdi.