NDI tərəfindən sorğulananların 74%-i prezident seçkilərində kimə səs verəcəyi haqqında qərar verməyib

Əgər sabah prezident seçkiləri keçirilsə, sorğulanan vətəndaşların sadəcə 20 faizi kimə səs verəcəyi ilə bağlı qərarını verib, 74 faizi isə, hələ qərar verməyib. 5%-in kimə səs verəcəyi ilə bağlı heç bir fikri yoxdur, 1% isə, bu suala cavab verməkdən qaçındı.

Bu barədə məlumatı Milli-Demokratik İnstitutu NDİ və CRRC Gürcüstan təşkilatı iyunda keçirilən sorğunun nəticələrinin təqdimatında bəyan etdilər.

Sorğu ölkə miqyasında, 23 iyun-8 iyul dövründə keçirildi.

Sorğu-tədqiqatın səhf olma ehtimalı 1,9 faizdir.

NDI-ın sorğuları Böyük Britaniyanın UK aid  təşkilatının maliyyə yardımı ilə həyata keçirildi.

Sorğuyu CRRC Gürcüstan təşkilatı keçirdi.