Tkibulidə, Mindeli adına şaxtada baş verən qəza nəticəsində altı nəfər həlak oldu, üçü isə, yaralandı.
Səhiyyə Nazilriyinin məlumatına görə, yaralanaların sağlamlıq vəziyyəti stabil ağırdır.
Xüsusi Hallar İdarəsi Xidmətinin xilas ediciləri, dağ xilas edici briqadası ilə bərabər, Mindeli şaxtasında baş verən qəzada həlak olanların cəsədlərini çıxardmağa çalışırlar.
Fövqəladə Hallar Xidməti İdarəsinin məlumatına görə, hadisə yerinə Tbilisidən 14 nəfərlik xilasedicilər qrupu getdi.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ilkin istintaq nəticəsində məlum oldu ki, qəzaya şaxda divarlarındaki deformasiya nəticəsində damın uçması səbəb oldu.
Nazirliyin məlumatına görə, Mindeli adına şaxtada baş verən hadisə haqqında məlumat nazirliyə aprelin 5-də səhərə yaxın gəldi.
Hadisə ilə bağlı istintaq aparılır.