Mindeli şaxtasından cəsədlərin çıxardılması üçün Xüsüsi Hallar İdarəsi Xidmətinin əməkdaşları və dağ xilas ediciləri çalışırlar

Xüsusi Hallar İdarəsi Xidmətinin xilas ediciləri, dağ xilas edici briqadası ilə bərabər, Tkibulidə Mindeli şaxtasında baş verən qəzada həlak olanların cəsədlərini çıxardmağa çalışırlar.

Fövqəladə Hallar Xidməti İdarəsinin məlumatına görə, hadisə yerinə Tbilisidən 14 nəfərlik xilasedicilər qrupu getdi.

Tkibulidə, Mindeli adına şaxtada baş verən qəza nəticəsində altı nəfər həlak oldu, üçü isə, yaralandı.

Səhiyyə Nazilriyinin məlumatına görə, yaralanaların sağlamlıq vəziyyəti stabil ağırdır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, ilkin istintaq nəticəsində məlum oldu ki, qəzaya şaxda divarlarındaki deformasiya nəticəsində damın uçması səbəb oldu.

Hadisə ilə bağlı istintaq aparılır.