"Saknaxşiri" - Texnoloji qəzaya görə, Tkibulidə baş verən faciənin qarşısını almaq mümkün olmadı
“Saknaxşiri” şirkəti Tkibulidə baş verən bədbəxt hadisə ilə bağlı bəyanat yayır.
“Saknaxşirinin” bəyanatında qeyd olunur ki, Mindeli şaxtasında ehtimala görə, hava yığılmasına görə, dağ zərbəsi baş verdi.
“Saknaxşiri” şirkəti baş verən qəza ilə bağlı dərin üzüntüsünü bidirir və həlak olan fəhlələrin ailələrinə baş sağlığı verir.
“Saknaxşiri”-nin məlumatına görə, yaralılardan ikisi Kutaisi referal xəstəxanasına köçürülüb, üçüncüsü isə, Tkibuli xəstəxanasındadır.
“Təəssüf ki, faciənin qarşısını almaq mümkün olmadı, çünki texnogen fəlakət baş verdi. Hazırda istintaq aparılır və faciənin dəqiq səbəbləri öyrənilir. Baş verən faciə ilə bağlı dərin üzüntümüzü bildiririk” – deyilir “Saknaxşiri”-nin bəyanatında.
Xatırladaq ki, Mindeli şaxtasında baş verən qəza nəticəsidə altı nəfər həlak oldu.