Mindeli şaxtasında həlak olanların cəsədləri ekspertiza üçün Kutaisiyə aparıldı

Tkibulidə, Mindeli şaxtasında baş verən qəza nəticəsində həlak olanların cəsədləri hadisə yerindən çıxardıldı.

Cəsədlərin çıxardılma işlərini Fövqəladə Hallar Xidməti, dağ xilasediciləri ilə bərabər həyata keçirdi.

“Saknaxşiri” nümayəndələrinin dediyinə görə, həlak olanların cəsədləri Kutaisiyə, Samxarauli adına məhkəmə ekspertiza bürosuna aparıldılar.

Birinci kanalın jurnalistinin hadisə yerindən verdiyi məlumata görə, hazırda İqtisadiyyat nazirliyinin texniki inspeksiya departamentinin nümayəndələri hadisə yerindədirlər.

Departament rəhbəri Mirian Berianidzenin dediyinə görə, inspeksiya işləri bugün başlayacaq.

Xatırladaq ki, bugün səhərə yaxın Tkibulidə, Mindeli şaxtasında baş verən qəza nəticəsində 6 nəfər həlak oldu.