Milli azlıqlar icma təşkilatları bir daha xalq müdafiəçisinə müraciət edirlər ki, İzabella Osipova İctimai Yayımçının Qəyyumlar Şurası üzvü namizədliyinə təqdim edilsin
Milli azlıqlar icma təşkilatları bir daha xalq müdafiəçisinə müraciət edirlər ki, İzabella Osipova İctimai Yayımçının Qəyyumlar Şurası üzvü namizədliyinə təqdim edilsin

Milli azlıqlar icma təşkilatları bir daha xalq müdafiəçisi, Nino Lomcariyaya müraciət edirlər ki, milli azlıqların çoxillik tələbinə qarşı diqqət yetirsin və İzabella Osipova İctimai Yayımçının Qəyyumlar Şurası üzvü namizədliyinə təqdim edilsin.

Bu barədə təşkilatlar tərəfindən yayılan bəyanatda deyilir.

Bəyanatda deyildiyi kimi, İzabella Osipova bütün tələbləri təmin edir – jurnalistdir, hüquqmüdafiəçidir, milli azlıqlar təşkilatları ilə sıx əməkdaşlıq edir, şəxsən milli azlıq nümayəndəsidir və eyni zamanda ədalətli, qərəzsiz, obyektiv və hər biz təziqdən azad namizəddir.

Milli azlıqlar icma təşkilatları tərəfindən yayılan bəyanatda deyilir:

“Milli azlıqlar icma təşkilatları İctimai Yayımçının Qəyyumlar Şurası üzvü namizədliyinə, son beş ildə 4 dəfə xanım İzabella Osipovanı təqdim etdi və o, kommisiya tərəfindən hər dörd dəfə yüksək dəyərləndirmə aldı.

Milli azlıqlar icma təşkilatları tərəfindən təqdim olunan namizəd, zabella Osipova bütün tələbləri təmin edir – jurnalistdir, hüquqmüdafiəçidir, milli azlıqlar təşkilatları ilə sıx əməkdaşlıq edir, şəxsən milli azlıq nümayəndəsidir və eyni zamanda ədalətli, qərəzsiz, obyektiv və hər biz təziqdən azad namizəddir.

Təəssüfləndiricidir ki, hər bir meyarı təmin etməsinə baxmayaraq, milli azlıqlar tərəfindən təqdim olunan namizəd nə parlament çoxluğu, nə parlament azlığı və nə də xalq müdafiəçisi tərəfindən parlament qarşısında təqdim olunmayıb və dəstəklənməyib.

Milli azlıqlar təşkilatlarının qeyd olunan tələbi illərdir ki, qərar qəbuledici şəxslər tərəfindən inkar edilir.

Milli azlıqlar icma təşkilatları xalq müdafiəçisi, Nino Lomcariyaya müraciət edirik ki, milli azlıqların çoxillik tələbinə qarşı diqqət yetirsin və İzabella Osipova İctimai Yayımçının Qəyyumlar Şurası üzvü namizədliyinə təqdim edilsin”, – Milli azlıqlar icma təşkilatlarından 43 nəfərin imza atdığı bəyanatda deyilir.

İctimai Yayımçının Qəyyumlar Şurası üzvü namizədliyinə xalq müdafiəçisi tərəfindən təqdim olunan Zviad Devdariani namizədliyini geri götürdü.