Mixeil Saakaşvili - anam kifayət qədər qazanır ki, özünə də, ailəmə də və mənə də yardım etsin
Mixeil Saakaşvili - anam kifayət qədər qazanır ki, özünə də, ailəmə də və mənə də yardım etsin

Gürcüstanın keçmiş prezidenti və Odessanın keçmiş qubernatoru, Mixeil Saakaşvili “1+1” Ukrayna teleşirkətinin jurnalistinə Amsterdanmda necə yaşadığı barəsində danışdı.

Mixeil Saakaşvilinin dediyinə görə, Amsterdamda mənzil ona ayda 300-350 avroya, evi yığmaq xərcləri ilə isə, 400 avroya başa gəlir.

Elə onun dediyinə görə, Amsterdam yaşayarkən avtomobili velosipedlə, işgüzar paltarını isə “cinslərlə” əvəz etdi.

Bununla yanaşı keçmiş prezidentin bəyan etdiyinə görə, maliyyə baxımından bəzən ona anası, Giuli Alasaniya yardım edir.

“Anam kifayət qədər qazanır ki, özünə də, ailəmə də və mənə də yardım etsin”, – Saakaşvili deyir.

Odessanın keçmiş qubernatorunun dediyinə görə, Niderlandlarda o, darıxıb və tez-tez Ukraynanı xatırlayır.