Media nümayəndələri parlamenti narkosiyasətin liberallaşdırılmasına, prezidenti isə Mamuka Berdzenişvilinin əfv edilməsinə çağırırlar

Media nümayəndələri Birinci Kanalın keçmiş əməkdaşı, Mamuka Berdzenişvilinin əfv edilməsi müraciəti ilə prezidentə müraciət edirlər.

Bu barədə, jurnalist Giorgi Zurabişvilinin Birinci Kanalın önündə oxuduğu müraciətində deyilir.

Bundan başqa, müraciətin müəllifləri parlamenti, qanunda dəyişikliklər etməyə və narkosiyasətin liberallaşdırılmasına çağırırlar.

Onların dediyinə görə, Mamuka Berdzenişvili dövlət tərəfindən yürüdülən “faşist narkosiyasətinin növbəti qurbanıdır və onunla birlikdə həbsxanada narkotikin şəxsi istifadəsinə görə 2000-dən artıq insan cəza çəkir”.