Maya Tskitişvili - aralıq öhdəliklərinin yerinə yetirilməməsi təqdirində, hökumətin hüququ var ki, Anakliya konsosiumu ilə sərmayə müqaviləsini pozsun
Maya Tskitişvili - aralıq öhdəliklərinin yerinə yetirilməməsi təqdirində, hökumətin hüququ var ki, Anakliya konsosiumu ilə sərmayə müqaviləsini pozsun

Aralıq öhdəliklərinin yerinə yetirilməməsi təqdirində, hökumətin hüququ var ki, Anakliya konsosiumu ilə sərmayə müqaviləsini pozsun, – bu barədə Bölgə İnkişaf və İnfrastruktur naziri, Maya Tskitişvili bəyan etdi.

Tskitişvili brifinqdə bu gün konsorsiumun öhdəliklərindən danışdı və qeyd etdi ki, hökumət konsorsiumu günün sonuna kimi gözləyəcək.

“Müqavilə ilə aralıq müddətləri müəyyənləşdirildi, daha dəqiq olaraq konsorsium oktyabrın 15-dək iki öhdəliyi yerinə yetirməlidir. Birincisi potensial investorlarla 120 milyonluq kapitalın cəlbedilməsi üzrə imzalanmış öhdəlik müqavilələrini təqdim etməlidir. İkincisi beynəlxaq banklarla 400 milyon dollar miqdarında borcların cəlbedilməsi barəsində imzalanmış ilkin razılaşmaları təqdim etməlidir”, – nazir bəyan etdi.