Maya Tskitişvili - ümid edirəm ki, bu tədbirlər nəticəsində virusun yayılması hallarında dəyişiklik olacaq və sabitləşdirmə baş verəcək
Maya Tskitişvili - ümid edirəm ki, bu tədbirlər nəticəsində virusun yayılması hallarında dəyişiklik olacaq və sabitləşdirmə baş verəcək

Ümid edirəm ki, bu tədbirlər nəticəsində virusun yayılması hallarında dəyişiklik olacaq və sabitləşdirmə baş verəcək, – bu barədə Bölgə İnkişaf və İnfrastruktur naziri, baş nazir müavini, Maya Tskitişvili Gürcüstanın Birinci Kanalının “Maka Sinsadze ilə aktual mövzu” verilişində bəyan etdi.

“Qəbul olunan requlasiyaların effektinə hər birimizin davranışının böyük təsiri olacaq. Vacibdir ki, bütün tərəflər, hakimiyyət, işlə təmin edən və hər bir vətəndaş bütün qaydalarını hərtərəfli yerinə yetirsin. Bizim seçimimiz yoxdur, bu qaydaları müdafiə edək və ya yox. Əgər virusun yayılmasının yavaşıdılmasını uğurla həyhata keçirə bilmədiksə, çox ağır nəticələrimiz olacaq. İlk növbədə səhiyyədə, bu isə, təbiidir ki, insanların həyatında əks olunacaq və sözsüz ki, iqtisadiyyatda əks olunacaq”, – Tskitişvili bəyan etdi.

Onun dediyinə görə, hökumət üçün balansın tapılması çətin idi, lakin hakimiyyət borcludur ki, iqtisadiyyat, əhali maraqları və epidemiyanın yayılması idarəsi arasında balansı müdafiə etsin.

Tskitişvilinin qeyd etdiyinə görə, hökumət dəstək zərfini işləyib hazırladı ki, onun ümumi dəyəri milyard yüz milyondan artıqdır.

“Bu zərfdə bizim sosial müdafiəsiz qruplarımız üçün, eləcə də qeyd olunan iqtsidadi böhranın aid olması mümkün olan insanlar üçün, yardımlar nəzərdə tutulub. Daha dəqiq olaraq desək, əgər onlar iş yerlərini itirsələr, və ya gəlirləri azalsa, bizim fikrimizcə, təzminat tədbirləri bu insanların yaşayışını qismən də olsa, asanlaşdıracaq”, – Tskitişvili bəyan etdi.