24 dekabrdan bazarlar açılmayacaq
24 dekabrdan bazarlar açılmayacaq

24 dekabrdan bazarlar açılmayacaq, – bu barədə baş nazir müavini, Maya Tskitişvili hökumət administrasiyasında keçirilən brifinqdə bəyan etdi.

Onun dediyinə görə, qaydaların müdafiəsi ilə aqrar bazarlar işləyəcəklər.

“Baxmayaraq bazarların açılmasını planlaşdırırdıq, təəssüflər olsun görürük ki, burada qaydalar müdafiə oluna bilinməyəcək. Buna görə, bazarların işləməsinə icazə verilməyəcək. Bu qadağalar necə açıq məkandakı bazarlara, eləcə də bazarların ərazisində mövcud olan mağazalara aiddir.  Onların yenə distansiya rejimində fəaliyyətə icazələri olacaq”, – Maya Tskitişvili bəyan etdi.

Bununla yanaşı, Maya Tskitişvilinin dediyinə görə, 24 dekabrdan 2 yanavara qədər məhdudiyyətlərin yüngülləşdirilməsi baş verməyəcək və Tbilisi, Rustavi, Kutaisi, Batumi, Qori, Zuqdidi, Poti və Telavidə munisipal nəqliyyatın hərəkətinə olan məhdudiyyət qüvvədə qalır. Həmçinin şəhərlərarası nəqliyyatın hərəkətinə olan məhdudiyyət aradan götürülmür. Özəl avtomobillə hərəkət yenə də mümkün olacaq.