24 dekabrdan mehmanxanaların restoranları yalnız saat 21:00-a qədər işləyəcəklər
24 dekabrdan mehmanxanaların restoranları yalnız saat 21:00-a qədər işləyəcəklər

Qərar verdik ki, mehmanxanaların restoranları yalnız saat 21:00-a qədər işləyəcəklər, saat 21:00-dan isə, xidmət yalnız nömrədə mükün olacaq, – bu barədə Bölgə İnkişaf və İnfrastruktur naziri vəzifəsini yerinə yetirən, Maya Tskitişvili hökumət administrasiyasında keçirilən brifinqdə bəyan etdi.

Onun dediyinə görə, buna səbəb mehmanxanaların böyük hissəsinin məhdudiyyətləri yan keçib yeni il axşamının təşkil edilməsinə çalışdığıdır.

“Təssüflər olsun görürük ki, mehmanxanaların böyük hissəsi məhdudiyyətlərfən yan keçib yeni il axşamının təşkil edilməsini çalışır. Bundan irəli gələrək qərar verdik ki, mehmanxanaların restoranları yalnız saat 21:00-a qədər işləyəcəklər, saat 21:00-dan isə, xidmət yalnız nömrədə mükün olacaq. Restoranlar və qida obyektləri ölkə miqyası ilə fəaliyyətlərini yalnız çatdırma sevisilə davam etdirirlər”,  -Tskitişvili bəyan etdi.

Bölgə İnkişaf və İnfrastruktur naziri vəzifəsini yerinə yetirən, Maya Tskitişvili bəyan etdi ki, koordinasiya şurası bu gün qərar qəbul etdi ki, 24 dekabrdan 2 yanvar da daxil olmaqlda məhdudiyyətlərin yüngülləşdirilməsi tam həcmi ilə həyata keçirilməsin.