Levan Kutaşvilinin və Yoseb Pavliaşvilinin nazirlər kabinetinin üzvləri ilə görüşündən videokadrlar (video)

Daxili İşlər Nazirliyi Levan Kutaşvilinin və Yoseb Pavliaşvilinin nazirlər kabinetinin üzvləri ilə görüşünün videokadrlarını yayır.

Levan Kutaşvili və Yoseb Pavliaşvili ilə Qaçqınlar və onların məskunlaşdırlması naziri Sozar Subari, Barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, Daxili İşlər nazirinin birinci müavini Kaxaber Sabadanze və Dövlət Təhlükəsizliyi Xidmətinin informasiya-analitik departamentinin direktor müavini Kaxaber Kemoklidze görüşdülər.

Barış və vətəndaş bərabərliyi məsələsi üzrə dövlət naziri Ketevan Tsixelaşvilinin məlumatına görə, Levan Kutaşvili və Yoseb Pavliaşvili özlərini təhlükəsiz və normal hiss edirlər.

Levan Kutaşvili və Yoseb Pavliaşvili işğal olunmuş Axalqorini dünən tərk etdilər.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, fevralın 22-də işğal olunmuş Sxinvalinin nümayəndələri Gürcüstanın üç vətəndaşınl – Arçil Tatunaşvili, Levan Kutaşvili və Yoseb Pavliaşvilini qeyri qanuni yaxaladı. Fevralın 23-də məlum oldu ki, yaxalanmış Arçil Tutunaşvili müəyyən olunmayan durumda vəfat etdi.