Hərbi xidmətçilər Arçil Tatunaşvilinin xatirəsini yad etdilər
Hərbi xidmətçilər Arçil Tatunaşvilinin xatirəsini yad etdilər

Arçil Tatunaşvilinin vəfat etməsindən üç il keçdi. Gürcüstan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, briqada generalı Coni Tatunaşvili və hərbi xidmətçilər Arçil Tatunaşvilinin xatirəsini yad etdilər.

Hərbi Xidmətçilər Muxatqverdi Qardaşlıq Qəbirsanlığında idilər, vəfat edənin ailə üzvləri ilə söhbət etdilər və bir daha başsağlığı verdilər.

Üç il bundan əvvəl, 22 fevralda Arçil Tatunaşvilini, Levan Kutaşvilini və Yoseb Pavliaşvilinin işğal rejimi Axalqoridə qanunsuz olaraq yaxaladı. 23 fevralda isə, məlum oldu ki, Arçil Tatunaşvilini qətlə yetirdilər. Kiçik serjant Arçil Tatunaşvili müdafiə qüvələrində 2007-2011-ci illərdə xidmət edirdi. Arçil Tatunaşvilini Muxatqverdi Qardaşlıq Qəbirsanlığında hərbi qayda ilə dəfn etdilər.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayır.