İnterpol Arçil Tatunaşvilinin işi üzrə məsuliyyətə cəlb olunan şəxsləri axtarışa verdi
İnterpol Arçil Tatunaşvilinin işi üzrə məsuliyyətə cəlb olunan şəxsləri axtarışa verdi

Qeyd olunan şəxslər Gürcüstan vətəndaşları Arçil Tatunaşvili, Yoseb Pavliaşvili və Levan Kutaşvilinin azadlığının qeyri qanuni təcrid edilməsində və Arçil Tatunaşviliyə işgəncə verilməsində ittiham olunurlar.

Xatırladaq ki, David Qurtsiyev və Alik Taboyevə qarşı ittiham məhkəmə tərəfindən qiyabi olaraq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsinin “q” bəndi, 3-cü hissəsinin “a” və “q” bəndi, 25-144 prima maddəsinin 2-ci hissəsinin “e” və “z” bəndi və 3-cü hissəsinin “q” bəndi ilə irəli sürüldü.

David Qurtsiyev və Alik Taboyev tərəfindən törədilən cinayət 12-dən 20 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.