Mariyam Cişkariani - Otxozoriya-Tatunaşvili siyahısına de fakto və Rusiya hakimiyyətinin yüksək vəzifəlilərinin soyadları əlavə olunmalıdır
Mariyam Cişkariani - Otxozoriya-Tatunaşvili siyahısına de fakto və Rusiya hakimiyyətinin yüksək vəzifəlilərinin soyadları əlavə olunmalıdır

İnterpol ilə yalnız David Qurtsiyevi və Alik Taboyev axtarılmamalıdılar. Düşünürəm, Otxozoriya-Tatunaşvili siyahısı genişləndirilməli və istintaq davam etməlidir, – bu barədə Birinci Kanala “Empatiya” işgəncə qurbanlarınının reabilitasiyası mərkəzinin prezidenti, Mariyam Cişkariani bəyan etdi.

Onun qeyd etdiyinə görə, Otxozoriya-Tatunaşvili siyahısı genişləndirilməlidir və ona Sxinvalidə keçirilən ekspertizanın iştirakçı şəxsləri də əlavə olunmalıdırlar.

“Onlara qarşı istintaqa başlanılmalıdır, çünki cinayətin üstünü ört-basdır etməkdə iştirak edirdilər. İşd,ə başqa materiallar da mövcuddur. Məsələn, Sxinvalidən üzdəniraq prokurorluqdan məktub gəlib, burada onlar təsdiq edirlər ki, Arçil Tatunaşvilinin üzərində fiziki zədələr var və bunlar, yaxalanmış tərəfindən müqavimətin prevensiyası məqsədi ilə edilib. Bu məsələ barəsində istintaq aparılmır, bu da beynəlxalq standartların pozulmasıdır. Həbsxanada insan vəfat edərkən, istintaq aparılmalıdır və məntiqi sənəd mövcud olmalıdır. Sxinvali xəstəxanası həkimləri də məsuliyyətə cəlb olunmalıdırlar. Arçil Tatunaşvilinin xəstəxanaya hansı durumda aparılması barədə sənəd mövcud deyil. Əgər ölmüş halda aparılıbsa, buda aydın olmalıdır. Bu işğəncə və işğəncə ilə insanın öldürülməsidir”, – Cişkariani qeyd etdi.

Elə onun dediyinə görə, Otxozoriya-Tatunaşvili siyahısına de fakto və Rusiya hakimiyyətinin yüksək vəzifəlilərinin soyadları əlavə olunmalıdır

Mariyam Cişkariani bəyan etdiyinə görə, “Empatiya” işgəncə qurbanlarınının reabilitasiyası mərkəzinin ekspertizasında yazılıb ki, Rusiya ekspertizasına güvənmək olmaz.

2018-ci ilin sentyabrın 13-də İnterpol, Arçil Tatunaşvilinin işi üzrə məsuliyyətə cəlb olunan şəxsləri -David Qurtsiyevi və Alik Taboyevi axtarışa verdi

Qeyd olunan şəxslər Gürcüstan vətəndaşları Arçil Tatunaşvili, Yoseb Pavliaşvili və Levan Kutaşvilinin azadlığının qeyri qanuni təcrid edilməsində və Arçil Tatunaşviliyə işgəncə verilməsində ittiham olunurlar.