İnterpolun prezidenti itgin düşüb

İnterpolun prezidenti Men Hunvei itgin düşüb.

Bu barədə məlumatı Fransanın BFM TV yayır.

64 yaşlı Men Hunveylə artıq bir həftədir əlaqə saxlaya bilmirlər. O sentyabrın 29-da Çində itdi.

İnterpolun prezidentinin itməsi ilə bağlı məlumatı ilk öncə onun Fransada, Lionda yaşayan həyat yoldaşı yaydı.

İnterpolun ofis-qərargahı da Lion şəhərindədir.

Fransa polisi istintaqa başladı.