Karl Hartsel - Aydındır ki, iyunun 20-də baş verən hadisələr diqqətdən kənar qalmamalıdır, gördüyümüz qədəri ilə, istintaq davam edir

Mənim üçün və Avropa İttifaqı üçün aydındır ki, iyunun 20-də baş verən hadisələr diqqətdən kənar qalmamalıdır, çünki belə hadisələrdən sonra, əhalidə necə psixoloji, eləcədə fiziki travmalar qala bilər, – bu barədə bəyanatı Gürcüstanda Avropa İttifaqının səfiri Karl Hartsel verdi.

Onun dediyinə görə, gördüyü qədəri ilə, vəziyyət belə qalmır və istintaq davam edir.

“Demonstrasiyalarla bağlı istintaq aparılır, polis tərəfindən gərəksiz gücün istifadəsi və müəyyən şəxslər tərəfindən zorakılığa çağırışlar da diqqətlə müzakirə olunacaq.

Çox yaxşıdır ki, prosesin daha şəffaf və etimadlı olması üçün, ona xalq müdafiyəçisi də fəal şəkildə qoşulub ” – dedi Karl Hartsel.

Bizim məqsədimiz odur ki, proseslərə bütün tərəflər qoşulsunlar.

Faktları daha yaxşı bilməliyik ki inkişaf prosesi davam etsin, – dedi Karl Hartsel.