Mamuka Xazaradze - müxalifətin mövqeyi növbədənkənar seçkilər, seçki qanunvericiliyinin və administrasiyasının tamamilə dəyişdirilməsidir, bunsuz ölkə irəli gedə bilməyəcək
Mamuka Xazaradze - müxalifətin mövqeyi növbədənkənar seçkilər, seçki qanunvericiliyinin və administrasiyasının tamamilə dəyişdirilməsidir, bunsuz ölkə irəli gedə bilməyəcək

“Lelo” partiyasının lideri, Mamuka Xazaradzenin bəyan etdiyinə görə, müxalifətin tələbləri dəyişməzdir – növbədənkənar seçkilər, yeni seçki administrasiyası və dəyişdirilmiş seçki qanunvericiliyi.

“Məncə, müxalifət öz mövqeyini açıq-aydın formalaşdırdı. Bu növbədənkənar seçkilər, seçki qanunvericiliyinin və administrasiyasının tamamilə dəyişdirilməsidir. Bunsuz ölkə sadəcə olaraq, irəli gedə bilməyəcək, buna görə, müxalifət bu mövqe üzrədir”, – Xazaradze bəyan etdi.

Xazaradzenin açıqlamasına görə, “Lelo” partiyasının ofisində müxalifət nümayəndələrinin bu günki görüşündə bir çox məsələ barəsində söhbət olacaq.

“Konkret olaraq danışmaq istəmirəm. Bir çox məsələ barəsində söhbət olacaq”, – Xazaradze bəyan etdi.

Gürcüstanda Avropa İttifaqının səfiri, karl hartselin bəyanatına gəldikdə ki, danışıqlar hər iki tərəf üçün sərfəli olmalıdır, Xazaradzenin dediyinə görə, onunla razıdır və burada əlavə edir ki, qərar gürcü xalqının iradəsini əks etdirməlidir.