Akaki Boboxidze - Karl Hartselin bəyanatı təsdiq edir ki, müxalifət düzgün yolda durur
Akaki Boboxidze - Karl Hartselin bəyanatı təsdiq edir ki, müxalifət düzgün yolda durur

Karl Hartsel də, bizim partnyorlarımız da və hakimiyyəti mənimsəyən partiya da onunla barışmalı olacaq ki, gürcü müxalifəti Parlamentə daxil olamayacaq, – bu barədə “Avropa Gürcüstanı” partiyasının üzvü, Akaki Boboxidze Karl Hartselin bəyanatını şərh edərkən bəyan etdi.

Onun dediyinə görə, Karl Hartselin bəyanatı təsdiq edir ki, müxalifət düzgün yolda durur.

“Hartsel özünü rahat hiss edir, o vaxta qədər ki şansı var, yeni seçkilərdən başqa, hakimiyyət və müxalifət arasında parlamentə daxil olub olmamaq barəsində danışıqlar aparsın. Bu məsələ gündəmdən götürülən kimi, Hartsel yeni reallıqdan çıxış yolu barəsində düşünməyə məcbur olacaq. Sözsüz ki, buna görə o, müəyyən narahatçılıq hiss edir, lakin Karl Hartsel də, bizim partnyorlarımız da və hakimiyyəti mənimsəyən partiya da onunla barışmalı olacaq ki, gürcü müxalifəti Parlamentə daxil olamayacaq”, – Boboxidze bəuyan etdi.

Avropa İttifaqının Gürcüstandakı səfiri, Karl Hartselin bəyan etdiyinə görə, əmindir ki, Gürcüstan maraqlarına o Parlament daha artıq xidmət göstərəcək, hansı da Gürcüstanın bütün seçicilərini təşkil edir. “Bütün tərəfləri, istənilən qapının, xüsusilə də əbədi qapalı qalacaq qapının, erkən bağlanmasından tərəddüd etməyə bir daha çağırıram.  Yekunda əminəm ki, Gürcüstan maraqlarına o Parlament daha artıq xidmət göstərəcək, hansı da Gürcüstanın bütün seçicilərini təşkil edir. Bütün siyasi partiyalar məhz elə bu məqsədi nəzərə alaraq işlərini davam etdirməlidilər”, – Hartsel bəyan etdi.