İrina Putkaradze - İctimai Yayımç iki önəmli platdorma, yeddi dildə vebsəhifə və "Çoxmilli Gürcüstan" layihəsini  yaratdı
İrina Putkaradze - İctimai Yayımç iki önəmli platdorma, yeddi dildə vebsəhifə və "Çoxmilli Gürcüstan" layihəsini  yaratdı

İctimai Yayımçının prioritetlərin biri azlıqların dilində, azlıqlar haqqında və azlıqlar tərəfindən hazırlanan proqramların efirə yerləşdirilməsi məsələsi müəyyənləşdirilibdir, – bu barədə parlamentin insan haqqları və mülki inteqrasiya komitəsinin iclasında İctimai Yayımçının qəyyumlar şurasının üzvü, İrina Putkaradze bəyan etdi.

İrina Putkaradze parlamentdə Xalq Müdafiəçisinin 2016-ci ilin zəmanətləri haqqında danışırdı.

Qəyyumlar şurasının üzvünün qeyd etdiyinə görə, keçən il İctimai Yayımçıda birləşdirilmiş yeddi dildə vebplatforma yaradıldı. Burada diqqət yalnız milli azlıqlara deyil, eləcə də məhdud imkanlara malik insanlara yetirlir.

“Kifayət qədər önəmli, “Çoxmilli Gürcüstan” layihəsi yaradıldı. Onun çərçivəsində də milli və dini azlıqlar nümayəndələri ilə əməkdaşlıq memorandumu imzalandı. Bu kifayət qədər önəmli əməkdaşlıq memorandumu. Xüsusi qrup yaradıldı və İctimai Yayımçı Gürcüstanda fəaliyyət göstərən bütün QHT ilə, eləcədə Xalq Müdafiəçisi aparatının nümayəndələri, azlıq istiqaməti ilə iş.ləyən xüsusi departamentlərlə əməkdaşlıq edir”, – İrina Putkaradze bəyan etdi.

“Layihə həmçinin İctimai Yayımçının vebsəhifəsində, milli azlıqların dilində onlayn radio və televizyanın, eləcə də başqa mediaməhsulun yaradılmasını nəzərdə tutur. Layihə çərçivəsində hazırlanmış internet-radio 12 saatlıq birbaşa rejimdə işləyəcək. Həmçinin internet televizya işləməyə başlayacaq. Azərbaycan dilində 12 saatlıq birbaşa onlayn rejimində saatda bir dəfə xəbərlər, hər gün saat 22:00-da isə azərbaycan dilində “Moambe” 10 verişlə olacaq və bunların hamısı bizim xüsusi 1.tv.ge saitında olacaq. Həmçinin erməni dilində, 12 saatlıq birbaşa onlayn rejimində saatda bir dəfə xəbərlər, hər gün saat 22:00-da isə erməni dilində “Moambe” olacaq.  “Moambe” abxaz, osetin və rus dillərində hazırlanacaq”, – İrina Putkaradze bəyan etdi. 

Şərh yaz