İnsindentlərin prevensiyası və onlara reaksiya mexanizminin bugünki görüşündə Arçil Tatunaşvilinin işi müzakirə olunacaq
İnsindentlərin prevensiyası və onlara reaksiya mexanizminin bugünki görüşündə Arçil Tatunaşvilinin işi müzakirə olunacaq

İnsindentlərin prevensiyası və onlara reaksiya mexanizminin bugünki görüşünün əsas mövzusu Arçil Tatunaşvilinin işi və işğal edilmiş regionlarda insanların azad hərəkət edə bilməməsi məsələsi müzakirə olunacaq.

Bu barədə bəyanatı Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili verdi.

Tsixelaşvilinin dediyinə görə, dövlət tərəfindən maksimum ediləcək ki, bütün suallara cavab verilsin və həmçinin Arçil Tatunaşvili məsələsi ilə bağlı cavabsız sual qalmasın.

“Arçil Tatunaşvilinin qətl məsələsinə hansı kvalifikasiyanın verildiyini bilirsiniz. Ekspetiza nəticələrinə və istintaq məsələlərinə əsasən, məhdud imkanlarımıza baxmayaraq, əlimizdən gələni edəcəyik ki, istintaq efektiv şəkildə aparılsın və bütün günahkarlar aşkar edilsin və məsuliyyətə cəlb olunsun” – dedi Ketevan Tsixelaşvili.