Parlamentdə bu gün Ketevan Tsixelaşvilini dinləyəcəklər
Parlamentdə bu gün Ketevan Tsixelaşvilini dinləyəcəklər

Xarici Əlaqələr və Diaspor və Qafqaz məsələləri üzrə Parlament Komitələrinin birləşmiş iclasında bu gün Barış və Mülki Bərabərlik məsələləri üzrə dövlət naziri, Ketevan Tsixelaşvilini dinləyəcəklər. Nazir “Daha yaxşı gələcək üçün addım” sülh təşəbbüsü barəsində danışacaq.

“Biz bu strateji istiqaməti, “Daha yaxşı gələcək üçün addım” adlanan istiqaməti dayandırmamalıyıq. Gürcüstanda, ölkə daxilində istənilən təxribatlara baxmayaraq bu istiqaməti dayandırmamalıyıq. Bütün istiqamətləri müzakirə etməliyik. Bu planı bizim müttəfiqlərimiz dəstəkləyirlər. Bu istiqamət üzrə hansı mərhələdəyik, nə edirik, nə planlaşdırırıq, Ketevan Tsixelaşvili bizə danışmalıdır”, – Parlament çoxluğunun lideri, Giya Volski bəyan etdi.

“Avropa Gürcüstanı” partiyasının üzvü, Qiqi Seretelinin bəyan etdiyinə görə, Barış və Mülki Bərabərlik məsələləri üzrə dövlət nazirinə onların əsas sualları Atotsidə cari hadisələr barəsində olacaq.