Ququtiantkaridə tikanlı məftillərlə zərər çəkmiş üç ailə dövlətdən yardım alacaq

Barış və Mülki bərabərlik məsələləri üzrə dövlət naziri, Ketevan Tsixelaşvili Qoridə, Qivi Razmadze və Lavrenti Ququtişvilinin ailəsində idi. Onların evləri Ququtiantkaridə qanunsuz çəkilən tikanlı məftillərin o biri tərəfində qaldı.

Dövlət nazirinin mətbuat xidmətinin məlumatına görə, Ketevan Tsixelaşvilinin qonaq olmasının məqsədi baş nazir və hökumət adından onlara dəstəyin bir dəfə ifadə olunması idi.

Elə onların məlumatına görə, Qivi Razmadze və Lavrenti Ququtişvili dövlətdən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alacaqlar. Həmçinin, birdəfəlik olaraqonlara sosial yrdımı şəklində pul veriləcəkdir.

Amiran Ququtişvilin ailəsi də dövlətdən yardım olacaq. Onun evi tikanlı məftillərin çəkilməsindən sonra nəzarət olunan əraziyə düşdü, lakin hər halda məhdudiyyətləi var. Amiran Ququtişvilinin ailəsi dövlətdən birdəfəlik olaraq pul yardımı alacaq.