İşğal qüvvələri nümayəndələri Ququtiankaridə hasarların ucaldılmasına başladılar (foto)
İşğal qüvvələri nümayəndələri Ququtiankaridə hasarların ucaldılmasına başladılar (foto)

İşğal qüvvələri nümayəndələri Ququtiankaridə hasarların ucaldılmasına başladılar. Bu barədə hadisə yerindən Gürcüstanın Birinci Kanalının jurnalisti məlumat verir.

Mövcud olan məlumata görə, saat 11:15 üçün Ququtiantkaridə rus hərbiçiləri göründülər və üzdəniraq borderləşdirmə işinə başladılar. İşğalçılar perimetri dəmir konstruksiya ilə hasarlayırlar.

Son günlərdə bu proses dayandırılmışdı. Bir neçə gün bundan əvvəl işğal qüvvələri nümayəndələri Ququtiantkari və Disevi kəndi arasında dəmir dirəklər quraşdırdılar və hasar düzdülər. Nəticədə iki yaşayış evi işğal olmuş ərazidə qaldı.