Mamuka Baxtadze İsveç Krallığı Parlamentinin sədri ilə görüşdü
Mamuka Baxtadze İsveç Krallığı Parlamentinin sədri ilə görüşdü

Gürcüstanın baş naziri, Mamuka Baxtadze İsveç Krallığı Parlamentinin sədri, Andreas Norlen ilə görüşdü.

Görüşdə söhbət iki ölkə arasında əlaqələri aid oldu.

Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, qeyd olundu ki, İşveç Gürcüstanın güclü maliyyə dəstəkləyicilərindən biridir. Bunun üçün də Mamuka Baxtadze Andreas Norlenə təşəkkürünü bildirdi.

Bununla yanaşı Gürcüstanın işğal olunmuş ərazilərində mövcud olan duruma, humanitar baxımından çağırışlara diqqət yetirildi, insanların qaçırılmasının konkret faktları müzakirə olundu. Baş nazir İsveç Krallığı Parlamentinin sədrini “daha yaxşı gələcək üçün addım” sülh təşəbbüsü ilə tanış etdi.

Bundan başqa Mamuka Baxtadze və Andreas Norlen Gürcüstanın NATO-ya inteqrasiyası perspektivləri barəsində söhbət etdilər.

Görüş barəsində məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yaydı.