Qrip virusuna yoluxanların yavaş-yavaş azalır, – bu barədə bəyanatı jurnalistlərə İaşvili klinikasının direktoru İvane Çxeidze verdi.
Onun dediyinə görə, keçən həftə ilə müqayisədə qrip virusu hallarında azalma tendensiyası müşahidə olunur.
İvane Çxeidzenin bəyanatına görə, qrip və yaxud qripə bənzəyən xəstəliklərlə İaşvili klinikasında hazırda 63 vətəndaş müalicə görür, daha öncəki gün isə, pasientlərin sayı 72 idi. Dekabrın əvvəlində isə, klinikaya yerləşdirilən pasientlərin sayı 483 idi.
İaşvili klinikasının direktoru deyir ki, ötən il ilə müqayisədə, cari ildə, qrip virusunu göstəriciləri xeyli artıb.