Qrip virusuna qarşı peyvəndlərin yeni ehtiyyatı Gürcüstana bu gün daxil olacaq
Qrip virusuna qarşı peyvəndlərin yeni ehtiyyatı Gürcüstana bu gün daxil olacaq

H1Nq virusuna qarşı peyvəndlərin yeni ehtiyyatı Gürcüstana bu gün daxil olacaq. Bu barədə Birinci Kanala Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Gamğrelidze bəyan etdi.

Onun açıqlamasına görə, Gürcüstan Səhiyyə Nazirliyi istehsalçı şirkətdən peyvəndin 7 000 dozasını əldə edəcək. Vətəndaşlar isə, onları sabahdan ala biləcəklər.

Peyvəndləri risk qruplarına daxil olan vətəndalar alacaqlar. Xəstəliklərə Nəzarət Milli Mərkəzinin zəmanətlərinə əsasən, peyvəndləri ilk növbədə hamilələr qəbul etməlidirlər.