Amiran Gamğrelidze - panikaya uymamalıyıq, Gürcüstanda xüsusi bir şey baş vermir
Amiran Gamğrelidze - panikaya uymamalıyıq, Gürcüstanda xüsusi bir şey baş vermir

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Gamğrelidze əhalini koronavirus ilə bağlı panikaya uymamalarına doğru çağırır.

Gamğrelidzenin dediyinə görə, bu baxımından Gürcüstanda xüsusi heçnə baş vermir.

Bununla yanaşı, Amiran Gamğrelidze bəyan edir ki, koronavirusun qeydə alındığı təqdirdə, ölkə çağırışa cavab verməyə hazırdır.

“Bir daha xahiş etmək istəyirəm, panikaya uymamalıyıq, Gürcüstanda xüsusi bir şey baş vermir. Bir daha xüsusilə qeyd etmək istəyirəm, qrip mövsümü davam edir. Buna görə, qripin simptomları həmin xəstəliyə bənzərdir. Bir daha xüsusilə qeyd edirəm, bu xəstəlik Gürcüstan mövcud deyil, lakin ölkə hazırlıq rejimindədir. Xəstəxanalar bunun üçün hazırdılar. Hər növ dərman mövcuddur”, – Amiran Gamğrelidze bəyan etdi.