Gürcüstanda sezon qripi aşkar edildi
Gürcüstanda sezon qripi aşkar edildi

Gürcüstanda sezon qripi aşkar edildi. Xəstəliklərə Nəzarət Milli Mərkəzinin saytında dərc olunan göstəricilərə əsasən, ötən həftə B tipli virus cari mövsümdə ilk dəfə aşkar olundu. A tipli virusun sirkulasiyası isə, hələlik qeydə alınmayıb.

Dünən Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze bəyan etdi ki, qripin vaksini yetərincədir və hamə peyvən edə bilər. Onun dediyinə görə, vaksinasiya prosesində hər bir baryer aradan götürülüb. Qamğrelidzenin məlumatına görə, ölkədə qrip vaksininin 60 min dozası var.

Hamıya müraciət edirəm, hökumətin bu il etdiyi təklifdən istifadə edəsiniz. Dövlət bu il 235 min doza əldə etdi. Hamını, müəllimləri, 65 yaşından yuxarı olan insanları, xüsusilə də hamilələri təklifdən istifadə etməyə və qripə qarşı peyvənd edilmələrinə çağırıram. Arzu olunur ki, hamilələrin hamısı peyvənd edilsin”, – Qamğrelidze bəyan etdi.