Gürcüstanın Birinci Kanalının futbol matçlarının translyasiyası ilə bağlı bəyanatı
Gürcüstanın Birinci Kanalının futbol matçlarının translyasiyası ilə bağlı bəyanatı

Gürcüstanın Birinci Kanalı futbol klublarını təbrik edir və tamaşaçıların yüksək marağından irəli gələrək, bəyanat verir:

Gürcüstanın Birinci Kanalı milli komandaların daxili və ölkə xaricindəki matçlarına efir vaxtı verməyə və reportajların translyasiyası ilə bağlı bütün xərcləri üzərinə götürməyə hazırdır.

Bunun üçün isə, gürcü futbol klubları Birinci Kanala matçların translyasiyası üçün vaxtında izin verməlidirlər ki, Birinci Kanal rəqib komandaların ölkələrindəki matçların translyasiya haqqına sahib olan digər şirkətlərlə, qarşılıqlı televiziya siqnallarının alınması üçün danışıqlara başlaya bilsin.