Gürcüstanın Birinci Kanalında televiziya premyerası - Rezo Qabraidzenin" Hari-harale, dedao!" filmi bu gün, saat 22:00-da
Bu gün, saat 22:00-da Gürcüstanın Birinci Kanalında Rezo Qabraidzenin” Hari-harale, dedao!” filminin televiziya premyerası baş tutacaq.
Telepremyeraya qədər filmin göstərişinə Qabraidze Teatrı ev sahibliyi edir.
Rezo Qabraidzenin uşaqlıq xatirələrinə uyğun olaraq yaradılan cizgi filmində danışan və illüstrasiya rəssamı Rezo Qabraidzenin özüdür; rejissor isə, onun oğlu Levan Qabraidzedir.
Cizgi filmini tamaşaçı gürcü dilində ilk dəfə izləyəcək.
Gürcüstanın Birinci Kanalının baş direktoru, Vasil Mağlaperidze bəyane edir ki, film tamaşaçını həyatın mahiyyəti barəsində düşündürəcək.