Gürcüstanın Birinci Kanalında Avroviziya Mahnı Müsabiqəsinin translasiyasını Elene Kalandadze və Qaqa Abaşidze həyata keçirəcəklər
Gürcüstanın Birinci Kanalında Avroviziya Mahnı Müsabiqəsinin translasiyasını Elene Kalandadze və Qaqa Abaşidze həyata keçirəcəklər

Gürcüstanın Birinci Kanalında 2019 Avroviziya Mahnı Müsabiqəsinin translasiyasını “Axali Dğe” verilişinin aparıcıları – Elene Kalandadze və Qaqa Abaşidze həyata keçirəcəklər.

Qaqa Abaşidze, Gürcüstanın adı ilə 2018-ci ildə Avroviziyada təqdim olunan “İrao” etnocaz bendinin üzvüdür.

Elene Kalandadze Tbilisidə keçirilən 2017 Uşaq Avroviziyası mahnı müsabiqəsinin əsas aparıcısı idi.

Avroviziyaya bu il İsral ev sahibliyi edir. Müsabiqədə 41 ölkə iştirak edir. Gürcüstanı Oto Nemsadze təmsil edəcək. Müsabiqənin birbaşa translasiyası Birinci Kanalın efirində mayın 14, 16 və 18-də, saat 23:00-dan başlayacaq.