Gürcüstanda Hind teleserialının çəkilişləri başlayır
Gürcüstanda Hind teleserialının çəkilişləri başlayır

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin “Gürcüstanda İstehsal Et” Agentliyinin “Gürcüstanda Çəkiliş Et” praqramı çərçivəsində daha bir teleserialın çəkilişləri başlayır, – bu barədə məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.

Gürcü-hind kinoməhsulu üzərində Inside Edge gürcü prodüser “film prodakşen” şirkəti işləyəcək.

Teleserialda baş rolda Vivek Oberoi oynayır.

Inside Edge-nin çəkilişləri sentyabrın birində başlayacaq və bir ay ərzində Tbilisi və Batumidə davam edəcək. Qeyd olunan layihə çərçivəsində 200-dən artıq insan işlə təmin olunacaq.

Xatırladaq ki, 2018-ci ilin mayın 10-nun göstəricilərinə görə, “Gürcüstanda Çəkiliş Et” praqramı çərçivəsində 15 ərizə daxil olub, buradan 9-nun çəkilişləri başa çatıb. 6 filmin çəkilişləri davam edir.

Nazirliyin məlumatına görə, qeyd olunan layihənin həyata keçirilməsi nəticəsində, Gürcüstan cəm şəkildə 26 milyondan artıq lari xərclənəcək. Çəkilişlər zamanı isə 2000-dən artıq insan işlə təmin olunacaq.