Gürcü kivisinin Yaponiya bazarına ixracı həyata keçirildi
Gürcü kivisinin Yaponiya bazarına ixracı həyata keçirildi

“Gürcüstanda istehsal et” agentliyinin ixracata imkanların yaradılması proqramı və Yaponiyada Gürcüstan Səfirliyinin yardımı ilə, “Aromaprodakts” MMC-si gürcü kivisinin Yaponiya bazarına ixracını həyata keçirdi. Bu barədə məlumatı “Gürcüstanda istehsal et” agentliyi yayır.

Elə onların məlumatına görə, Yaponiya nümayəndə heyətinin Gürcüstana səfəri planlaşdırılır ki, gürcü məhsulunun Yaponiyaya ixracatı daha da artırılsın.

“Aromaprodakts” MMC-si 2021-ci il 21-25 fevralında, “Gürcüstanda istehsal et” agentliyinin təşkilatçılığı və The USAID Agriculture Program-ın dəstəyi ilə, başqa gürcü brendləri ilə birlikdə Gulfood 2021 səgisində iştirak etdi.

“Əmirliklər və ümumiyyətlə Orta Asiya bazarı bizim üçün çox əhəmiyyətlidir, çünki orada iri şəbəkələrdə kifayət qədər təmsil olunmuşuq”, – şirkətin təsisçisi, Valeri Ququşvili bəyan edir.