"Gürcüstanda çək" proqramı çərçivəsində, Gürcüstanda çin miniserialının çəkimləri başlayacaq
"Gürcüstanda çək" proqramı çərçivəsində, Gürcüstanda çin miniserialının çəkimləri başlayacaq

Gürcüstanın İqtisadiyyat Nazirliyinin “Gürcüstanda yarat” proqramı çərçivəsində çin miniserialının çəkimləri başlayacaq.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, “Maska” (The Mask”) – gürcü-çin birgə layihəsidir, hansının üzərində “Arsen Prodakşen” şirkəti çalışır.

Serial detektiv janrındadır. Baş rolda da sabiq polis ofiseri Ci Fandır, hansı ki, kiçik şəhərdə baş verən bir neçə qətl cinayətinin istintaqını həyata keçirir. Apardığı istintaq onu Gürcüstana gətirib çıxardır.

Serialın çəkimləri cari ilin iyunun 23-də başlayacaq və iki ay davam edəcək.

Çəkim yerləri Tbilisi və Batumi olacaq.

Xatırladaq ki, Çin tərəfi Gürcüstanda serial çəkmək fikri Beynəlxal Pekin Kinofestivalı zamanı yarandı

Qeyd olunan festival cari ilin fevral ayında keçirilmişdi. Festivalda Gürcüstan haqqında detallı məlumat verən stend təqdim edilmişdi.