Gürcüstanda Hollivud filminin çəkilişi üçün səkkiz dron qeydiyyatdan keçdi
Gürcüstanda Hollivud filminin çəkilişi üçün səkkiz dron qeydiyyatdan keçdi

Peşəkar hava foto və video çəkilişlər məqsədi ilə, XM2 UK LIMITED xarici operatoru mülki aviasiya agentliyi tərəfindən tədbiq olunan qaydalara müvafiq olaraq, pilotsuz hava gəmisinin məcburi qeydiyyatı prosesindən keçdi.

Mülki aviasiya agentliyi tərəfindən şirkətə həmçinin spesifik kateqoriyasında istismar icazəsi də verildi.

Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətə məxsus pilotsuz hava gəmiləri müxtəlif uçuş kütlə və xüsusiyyətlərlə fərqlənirlər, o cümlədən ən böyük qabaritli olan dronun maksimal uçuş kütləsi 70 kiloqramı təşkil edir.

Ərizə agentliyə “Enkenifilms FF9” gürcü prodüser şirkətinin vasitəçiliyi ilə təqdim olundu.

Filmin çəkilişi Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin “Gürcüstanda İstehsal Et” proqramının “Gürcüstanda Çəkiliş Et” çərçivəsində həyata keçiriləcək.