Gürcüstan yığması dünya kubokunun son matçı üçün hazırlaşır - Yaponiya 2019
10:39, 06.10.2019
Yaponiyada keçirilən Reqbi üzrə Dünya Kubokunda Gürcüstan yığması qrup mərhələsinin son matçı üçün hazırlaşır. 11 oktyabrda borcğalosanilər turnirin favoritlərindən biri, Avstraliya yığması ilə qarşılaşacaqlar və bununla gürcülər üçün turnir başa çatacaq, çünki komandanın növbəti mərəhələyə keçməyə xalları çatmır.
Xatırladaq ki, cari kubokda Gürcüstan yığması artıq üç oyun keçirdi, buradan birini qazandı (Uruqvay) ikisini isə, uduzdu (Uels, Fici Adaları).
Gürcüstan və Avstraliya arasında matç oktyabrın 11-də saat 11:45-də başlayacaq və onun birbaşa efirini Gürcüstanın Birinci Kanalı təqdim edəcək.