Gürcüstan ağır mübarizədə Rusiyanı məğlubiyyətə uğratdı və Reqbi Avropa Kubokuna sahib oldu
Gürcüstan ağır mübarizədə Rusiyanı məğlubiyyətə uğratdı və Reqbi Avropa Kubokuna sahib oldu

Gürcüstan reqbiçilər yığması 2019-2020-ci illərin “Reqbi Avropa Çempionatının” son görüşündə Rusiyaya ev sahibliyi etdi. Bu görüş ötən ilin yayında keçirilməli idi, lakin koronavirus pandemiyasına görə, təxirə salındı və bu gün tamaşaçısız keçirildi.

Gürcüstan yığmasının start tərkibi:

15. David Niniaşvili, 14. Aka Tabutsadze, 13. Tamaz Mçedlidze, 12. Merab Şarikadze, 11. Mirian Modebadze, 10. Tedo Abjandadze, 9. Vasil Lobjanidze, 1. Zurab Jvaniya, 2. Şalva Mamukaşvili, 3. Beka Gigaşvili, 4. Lasha Cayani, 5. Giorgi Cavaxiya, 6. Mixeil Qaçeçiladze, 7. Beka Sağinadze, 8. Tornike Calağoniya.

Birinci taym 0:0 hesabı ilə başa çatdı.

İkinci taym yeni başlamışdı ki, Tedo Abjandadze topu cərimə zərbəsindən sonra dirəyə vurdu, 45-ci dəqiqədə isə, Vasil Lobjanidze Rusiyanın müdafiəsini yararaq Gürcüstanı irəli çıxartdı. Tedo Abjandadze hesabı 7:0 etdi.

55-ci dəqiqədə hakim Rusiyanı öz hesab xəttində cərimələdi. Ev sahibləri Rusiyaya üstün gəldilər və hesab 10:0 oldu.

Komandamız daha iki cəriməni vura bildi. Bu isə, yekunda həlledici oldu. Çünki ruslar 7 xaldan artıq toplaya bilmədilər və hesab 16:7 hesabı ilə başa çatdı.