Gürcüstan futbol yığması bu gün Danimarka ilə qarşılaşacaq
Gürcüstan futbol yığması bu gün Danimarka ilə qarşılaşacaq

Gürcüstan futbol yığması “Avro 2020” seçmə mərhələsində Kopenhagenin “Telay Parken Arenada” Danimarka yığması ilə qarşılaşacaq.

Yığmanın baş məşqçisi, Vladimer Vaysi qarşılaşmaya qədər media ilə söhbət etdi. Onun dediyinə görə, Danimarka mərhələni ideal olaraq başlamadı, lakin Avropada ən yaxşı yığmalardan biridir. Vaysinin bildirdiyinə görə, Gürcüstan yığmasını ağır görüş gözləyir.

Matç bu gün, Tbilisi vaxtı ilə 22:45-də başlayacaq. Daimarka-Gürcüstan yığmalarının birbaşa translasiyasını Gürcüstanın Birinci Kanalı təqdim edəcək.