Giorgi Kvirikaşvili prezident seçkilərində onun namizədliyinin irəli sürülməsini istisna edir
Giorgi Kvirikaşvili prezident seçkilərində onun namizədliyinin irəli sürülməsini istisna edir

Birbaşa deyə bilərəm ki, gələcək prezident seçkilərində mənim namizədliyimin irəli sürülməsi istisna olunur, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili 1tv.ge ilə mövzunu şərh edərkən bəyan etdi. 

Gələcək prezident seçkilərində namizəd ilə bağlı müzakirə barədə baş nazir bəyan edir ki, namizəd üzrə komanada bir razılığa gəlməyib. Onun dediyinə görə, qeyd olunan məsələ hələlik ilkin səviyyədədir və öz namizədliyini qəti olaraq istisna edir.

“Mənim namizədliyimə gəldikdə, mətbuatda bu mövzu tez tez fəallaşır. Birbaşa deyə bilərəm ki, gələcək prezident seçkilərində mənim namizədliyimin irəli sürülməsi istisna olunur”, – Giorgi Kvirikaşvili  bəyan etdi.