Giorgi Kvirikaşvili - Hökumətin günahkarlığı təsdiq olunarsa, vəzifəmdən getməyə hazıram, yoxsa da Giya Qaçeçiladze çıxsın və üzr istəsin
Giorgi Kvirikaşvili - Hökumətin günahkarlığı təsdiq olunarsa, vəzifəmdən getməyə hazıram, yoxsa da Giya Qaçeçiladze çıxsın və üzr istəsin

Giya Qaçeçiladze məhkəməyə müraciət edə bilər və hökumətin günahkarlığı təsdiq olunarsa, vəzifəmdən getməyə hazıram, yoxsa da Giya Qaçeçiladze çıxsın və hamıdan, o cümlədən məndən və Tariyel Xeçikaşvilidən üzr istəsin, – Giorgi Kvirikaşvili Giya Qaçeçiladzenin, “Utsnobinin” ittihamlarına bu cür cavab verdi.

“O, məhkəməyə müraciət edə bilər və hökumətin günahkarlığı təsdiq olunarsa, vəzifəmdən getməyə hazıram, yoxsa da Giya Qaçeçiladze çıxsın və hamıdan, o cümlədən məndən və Tariyel Xeçikaşvilidən üzr istəsin”, – baş nazir bəyan etdi.

Onun dediyinə görə, sözügedən tender ilə əlaqədar qanun tam olaraq müdafiə olunmuşdur.

“Onun dünənki çıxışı ilə tanış oldum. Dünən gördüyüm və dinlədiyi təəssüflər doğurdu. O, tamamilə əsassız şəkildə, rəhbəri də mən olan komandanı təhqir etdi. Biz birlikdə mübarizə aparırdıq, o cümlədən Giya da. Ondan bu cür təhqiri gözləmirdim”, – baş nazir bəyan etdi.

Giya Qaçeçiladze dünən keçirilən brifinqdə dövlət satınalmaların ədalətsiz şərtlərindən söhbət etdi.