Giorgi Kvirikaşvili - Ədliyyə Naziri Tea Tsulukianinin istefa tələbi absurd və mənasızdır
Giorgi Kvirikaşvili - Ədliyyə Naziri Tea Tsulukianinin istefa tələbi absurd və mənasızdır

Ədliyyə Naziri Tea Tsulukianinin istefa tələbi tamamən absurd və mənasızdır, – bu barədə baş nazir Giorgi Kvirikaşvilinin yaydığı bəyanatda deyilir.

Baş nazir bu bəyanatla, Ədliyyə Naziri Tea Tsulukianinin istefasını tələb edən qeyri-hökümət təşkilatlarına səsləndi və onlara müraciət etdi ki, öz fəaliyyətlərinin mandatını aşmasınlar.

“Qeyri-hökümət təşkilatlarının bizimlə ultimatum dilində danışmaları qeyri-məqbuldur, çünki onların bəyanatında məsələnin siyasiləşdirilməsi cəhdi görünür. Ona görə də, onlara müraciət edirəm ki, öz mandatlarının çərçivələrini aşmasınlar və öz qərarlarına daha böyük məsuliyyətlə yanaşsınlar” – deyilir Kvirikaşvilinin bəyanatında.

Xatırladaq ki, 10-a qədər qeyri-hökümət təşkilatı Ədliyyə Naziri Tea Tsulukianinin istefasını tələb edir və əks təqdirdə, baş prokurorun seçilməsi prosesində iştirak etməyəcəklərini bəyan edir.